KONSENSUS HÜQUQ MƏRKƏZİ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Konsensus Hüquq Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti 6 yanvar 2004-cü il tarixində təsis olunub. 19 yanvar 2004-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Naziriliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyata alınmışdır. Konsensus Hüquq Mərkəzi Məhdud Məsuliyyətli Mərkəzinin Qeydiyyat N 0104-P37-39186.
Mərkəzin direktoru Nadir Adilovdur.
Konsensus Hüquq Mərkəzi qısa müddət ərzində yaranmasına baxmayaraq bir çox hüquq xidməti göstərmişdir. Konsensus Hüquq Mərkəzinin vəkilləri və hüquqşünasları cəmiyyətdə kifayət qədər nüfuz sahibi olduğundan mərkəzin müştərilərlə işləməsinə bu böyük təsir göstərir. Xüsusən yeni düşüncə və yeni təfəkkürlə qurulan bu şirkət öz fəaliyyəti zamanı lobbiçilik imkanlarından istifadə etməyə üstünlük verir rvə bunu bacarır.
Müxtəlif instansiyalardan müxtəlif vaxtlar üçün cəlb edilə biləcək digər ekspertlər isə ixtisaslaşmış sahəvi ekspertlərdir ki, həmin şəxslər məhz sahələri üzrə fəaliyyətə cəlb olunurlar. Konsensus hüquq mərkəzi yeni müəsissədir. Biz yeniliyin tərəfdarıyıq.
Ubi concordia - ibi victoria!